Türkiyə Daxili İşlər Nazirliyinin hazırladığı 11 maddəlik “Ramazan tədbirləri” adlı sənəd 81 vilayətə göndərilib.
Teleqraf.com xəbər verir ki, təlimata əsasən, vətəndaşların kütləvi şəkildə qatıldıqları iftar çadırlarına icazə verilməyəcək, izdihamlı dini ayinlərin keçirilməsinə qadağa qoyulacaq.
Sənəddə qeyd olunub ki, Ramazan ayında ənənəvi hal alan bəzi tətbiqlər epidemiya ilə mübarizə və əhalinin sağlamlığı baxımından risklidir.
Türkiyənin Dini İşlər üzrə İdarəsinin tövsiyələri üzrə bu il də təravih namazları evdə qılınacaq.