Kürdəmir rayonunda ad günü məclisi təşkil edən rayon sakinləri saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Çöl-Ərəb kənd sakini Süleymanov Elşən Ramiz oğlu kənddə ad günü məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxs Elşən Süleymanov və ad günündə iştirak edən digər 4 nəfər kənd sakini rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat cərimə edilib.