13 Aprel 2021 16:45
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının Saatlı rayonu təşkilatının qərargahında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon seçicilərilə görüşərək onları dinləyib və sosial problemlərini müzakirə edib.

Teleqraf.com-un məlumatına görə, deputat Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş rayonun Qaralar kəndindən olan Şıxıyev Səyyad Abdul oğlunun və Səfərov Oqtay Əhməd oğlunun valideynləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də iştirak edib.


Müəllif: Teleqraf.com