Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Çernin Eduard Mayoroviç bu gün vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, E. Çernin uzun müddət xəstəlikdən əziyyət çəkib. O bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Çernin Eduard 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşinin vəkili olub.
Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.