15 Aprel 2021 15:52
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də keçirilən tam (11 illik) buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxt bilinib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, aprelin 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com