2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.
Teleraf.com-un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.
Bu qurbanlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır. Qurbanların 93 nəfəri Azərbaycan, bir nəfəri Rusiya vətəndaşıdır.
Qurbanlardan 81-i istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.
9 nəfər ölkə daxilində məcburi əməyə cəlb edilib.