17 Aprel 2021 16:03
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın əczaçılıq şirkəti “Pfizer” COVID-19 peyvəndi olan insanların ən gec 12 ay ərzində üçüncü vaksinə ehtiyac yaranacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bunu firmanın icraçı direktoru Albert Bourla açıqlayıb.

"Mümkün bir ssenariyə görə, 6 ilə 12 ay arasında üçüncü bir doza ehtiyac duyulacaq və insanlar hər il peyvəndlənməli olacaqlar. Yeni virus növlərinin meydana çıxması bu qərarın verilməsində əhəmiyyətli rol oynayacaq” - deyə, o bildirib.

“Pfizer”in məlumatları 2000-dən çox vaksinasiya olmuş insana əsaslanır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər