17 Aprel 2021 17:57
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Ramazan ayının ilk iki həftəsində koronavirusa yoluxma halları artarsa, sərt tədbirlərin olacağı gündəmə gəlib.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, tədbirlər nəticə verməzsə, Prezident Ərdoğanın Nazirlər Kabinetinin iclasında səsləndirdiyi sərt tədbirlər ön plana çıxacaq.

İki həftəlik qismən bağlanma prosesində əsas hədəf yoluxma sayını 50 mindən aşağı endirməkdir. Əks halda Ramazan bayramını da əhatə edən ən azı 9 günlük tam qapanmaya gediləcək.

Yoluxma sayı yenə azalmasa, növbəti mərhələdə alış-veriş mərkəzlərinin, bərbərxanaların, məktəblərin və bağçaların işləməsi məhdudlaşdırıla bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər