17 Aprel 2021 16:23
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin 22 iyul Milli Mətbuat günü ərəfəsində diaspora fəaliyyətinə dəstək verdiyi üçün Avropa Azərbaycanlıları Konqresi tərəfindən təltif olunan bir qrup ictimai xadimin və jurnalistin mükafatlandırılma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Avropa Azərbaycanlılar Konresininin (AAK) prezidenti Sahil Qasımov mükafatları sahiblərinə təqdim etmək üçün Bakıya gəlib.

Mərasimdə çıxış edən Sahil Qasımov Avropa Azərbaycanlılar Konresininin fəaliyyətinə dəstək verdiyi üçün təltif olunanlara təşəkkür edib.

Daha sonra Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, AAK-ın vitse-prezidenti İlham İsmayılov və Azərbaycan Kərkük Mədəniyyət Mərkəzinin sədri Məlahət Qurbanova ölkədən kənarda Azərbaycan həqiqətlərinin təbliğindəki işlərinə və uğurlu ictimai fəaliyyətlərinə görə, həmçinin KİV rəhbərləri – Mirşahin Ağayev, Rauf Arifoğlu, Vasif Həsənli, Aynur Camal, Aqil Ələsgər, Toğrul Allahverdilyə “Xatirə medalı” ilə təqdim edilib.

Tədbirdə çıxış edən təltif olunanlar fəaliyyətlərinə verdikləri qiymətə görə AAK-ın prezidenti Sahil Qasımova və AAK ailəsinə təşəkkür ediblər.

Qeyd edək ki, dünyada hökm sürən pandemiya ilə əlaqədər mükafatlar jurnalistlərə təqdim edilməmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər