30 Oktyabr 2014 01:40
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda gənclərlə bağlı aparılan siyasət dövlət siyasətinin əsas tərkib hissəsidir. Ölkə gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Fuad Muradov Bakıda keçirlən Gənclər siyasəti üzrə I Qlobal Forumu çərçivəsində keçirilən “Gənclər siyasətinin hüquqi və qanuni çərçivələri” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, gənclərin hərtərəfli inkişafı Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev tərəfindən yürüdülən bu siyasət ölkə gəncləri üçün böyük imkanlar açıb. Dövlət idarəçilik strukturlarında gənc nəslə geniş yer verilməsi, xalqımızın gələcəyi olan gənclərə xüsusi diqqət onların üzərinə böyük məsulliyət qoyur.

F.Muradov çıxışında qeyd edib ki, aparılan bu siyasət yeni nəslin sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynadığını vurğulayan F.Muradov bildirib ki, hazırda respublikada yüzlərlə qeyri-hökumət və gənclər təşkilatları var. “Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb".

Deputat eyni zamanda yaxşı nümunə olaraq xaricdə təhsli proqramının gənclər arasında ən populyar proqramlardan biri olduğunu qeyd edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər