19 Aprel 2021 13:03
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qahirədə baş verən qatar qəzasında çoxsaylı insan ölümünə görə misirli həmkarına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, nazir başsağlığı mətnini Tvitter səhifəsində paylaşıb:

“Qahirənin şimalında bir çox insanın həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığımızı çatdırır, yaralılara isə tezliklə sağalmalarını arzu edirik”, - nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər