20 Aprel 2021 08:25
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/2 finala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçu finala vəsiqə üçün Rusiyanı təmsil edən erməni idmançı Robert Bədəlyanla qarşılaşacaq.

Hüseynovdan fərqli, millinin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.

Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 20-də, final qarşılaşmaları isə ayın 23-də olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər