30 Oktyabr 2014 11:12
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “Avropa Şurasının mədəni marşurutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni truzim” mövzusunda tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Mədəniyyət və truzim naziri Əbülfəs Qarayev və Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardziç - Markoviç iştirak edib.

Ə.Qarayev bildirib ki, bugünkü tədbir Azərbaycanın xarici siyasətində özünə məxsus yer tutacaq: “Azərbaycan 2001-ci ildən etibarən Avropa Şurasının üzvüdür. Bu müddət ərzində Azərbaycan ilk dəfədir ki, son 6 ay müddətində nazirlər şurasına sədrlik edir. Azərbaycan sədrliyi çərçivəsində keçirdiyi bu tədbiri məhz mədəniyyət və turizm marşurutlarına həsr edir. Düşünürəm ki, bu fakt özlüyündə rəmzi xarakter daşıyır. Azərbaycan öz daxili və xarici siyasətində daim Prezident İlham Əliyevin tutduğu ana xətt üzərində davam edən siyasət çərçivəsində millətlərin, xalqların mübadələsinə qarşılıqlı hörmət və ənənlərə sabitlik mühitin çərçivəsində öz ölkəsinin inkişafını təmin edir”.

Nazir qeyd etdi ki, bu istiqamət bir nümunə olaraq Avropa ölkələri üçün müəyyən maraq kəsb edə bilər. Bu istiqamətdə Azərbaycan bir neçə tədbir keçirdi: “Daha öncə Strasburq şəhərində Azərbaycan mədəniyyəti geniş təqdim olundu. Biz poleolit dövrünün Qobustan qayalarından tutmuş, bugünkü müasir truzim marşurutlarına kimi bərabər yol keçdik”.

Qeyd edək ki, tədbir Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatşılığı ilə keçirilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər