Aprelin 20-də respublika ərazisində 9 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.