21 Aprel 2021 12:01
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə ATV-də yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılıb.

Telekanalın İcraçı direktoru İsmayıl Həsənov Teleqraf.com-a açıqlamasında məsələyə münasibət bildirib:

"Verilişin dayandırılması və ATV kanalının qaydaları pozduğu haqqında mətn Milli Televiziya və Radio Şurasının qərar-qanunları çərçivəsində yerinə yetirilib. Biz qanunun tələblərini yerinə yetirəcəyik. Bu halların bir daha baş verməməsi üçün kanal rəhbərliyi tərəfindən kollektiv qarşısında tələblər qoyulacaq və bundan sonra da mütəvazi işlər görüləcək. "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılıb".

Qeyd edək ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişi 22 aprel tarixində yenidən efirdə yayımlanacaq.


Müəllif: Rəqsanə Həsənova