İxtisasca mama-ginekoloq olan Firəngiz Rüstəmova “Folk və ya xalq təbabəti” və “Təbabət və mifologiya: görünən və görünməyən əlaqələr” adlı yeni kitablarını təqdim edib.
Teleqraf.com-un məlumatına görə, Avropa Təbii Elmlər Akademiyasının üzvü və eyni zamanda bir neçə kitabın – “Hor sivilizasiyası və onun günümüzdə izləri”, “Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim”, “Qadın xəstəlikləri müalicəsində dərman bitkilərinin rolu”, “Ginekoloqun gündəliyindən”, “Al Madan Al Anaya” adlı kitabların müəllifi olan Firəngiz Rüstəmova bildirib ki, oxucu diqqəti və sevgisi onu daha da ruhlandırır və yeni-yeni araşdırmalara sövq edir.
Pandemiya şərtlərinə uyğun olaraq həyata keçirilən tədbirdə iştirak edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, politoloq, əməkdar jurnalist Aynur Camalqızı, əməkdar jurnalist, AQSİA İdarə Heyətinin üzvü Mətanət Ağamirli, yazıçı-jurnalist Şərəf Cəlilli, AQSİA İdarə Heyətinin üzvü Pərvanə İsgəndərova və başqaları öz çıxışlarında kitabla bağlı yüksək fikirlərini bildirərək, kitabların ictimaiyyət üçün, xüsusilə qadınlar üçün ciddi çəkisindən, gərəkliliyindən bəhs ediblər.
Firəngiz Rüstəmovanın yaradıcılığından söz açan qonaqlar müəllifə yeni-yeni uğurlar arzulayıb.