30 Oktyabr 2014 12:40
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli təhsil nazirinin müavini Yusuf Təkinin başçılıq etdiyi nümayəndə heyəti 28-29 oktyabr 2014-cü il tarixlərində Azərbaycanda səfərdə olub.

Teleqraf.com Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, səfər çərçivəsində ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə nəzər salınıb.

Nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov ilə görüşüb.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Y.Təkin səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları çərçivəsində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında çıxış edib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər