22 Aprel 2021 11:09
2 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat Hüseynbala Mirələmovun ötən gün yayılan videosu ölkə gündəminə çevirilib. Yayılan məlumatlarda qeyd olunur ki, hadisə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elmi şurasının onlayn toplantısında qeydə alınıb.

Teleqraf.com məlumatları dəqiqləşdirmək üçün ADNSU-nun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Universitetin mətbuat katibi Bəhruz Nəzərov bildirib ki, görüntülərin universitetin iclasında qeydə alınması ilə bağlı yayılanlar doğru deyil: “Biz də sosial şəbəkələrdən videonu izlədik. Universitet baş verən hadisə ilə bağlı reaksiya bildirəcəyi halda, mətbuata məlumat verəcəyik. Hadisənin universitetin elmi şurasının iclasında baş verməsi barəsində xəbərimiz yoxdur. Sadəcə deyə bilərəm ki, görüntülər Hüseynbala Mirələmovun universitetdəki kabinetində qeydə alınmayıb”.

Məsələ ilə bağlı YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə bildirib ki, sabiq deputatın görüntüləri ilə bağlı YAP-dan münasibət bildiriləcək: "Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir. Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər