Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Maqsud Nəcəfov vəfat edib.
Teleqraf.com-un xəbərinə görə, o, bu gün 73 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, M.Nəcəfov Yeni Azərbaycan Partiyasının (YAP) “qızıl fondu” elan edilən “91-lər”in nümayəndəsi idi.
Qeyd edək ki, "91-lər" 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdır.