Bu gün Nəsimi rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun şikayəti əsasında Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında məhkəmə başa çatıb.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elədiniz Quliyev 480 saat ictimai işlərə cəlb edilib, 1000 manat cərimə olunub. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ramil Usubov Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri məhkəmədə iddia ərizəsi qaldırıb.
Hacı Zeynalov