24 Aprel 2021 11:08
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Saatlı rayon sakini G.Şükürovanın koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar- karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

G.Şükürova polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər