30 Oktyabr 2014 14:27
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Küveyt Dövləti informasiya və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem Alhamoud Alsabahin rəhbərliyi altında nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın vəziyyəti haqqında müzakirələr aparılıb, 2009 və 2013-cü illərdə imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Küvеyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair" sazişləri xatırladılaraq, qeyd edilən sənədlər çərçivəsində Azərbaycan Respublikası və Küveyt Dövləti arasında mədəniyyət və turizm sahələrində əıməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edilib.

Nazir qonaqlara 2015-ci il 2-4 aprel tarixində keçirilməsi planlaşdırılan beynəlxalq turizm və səyahətlər sərgili AİTF, həmçinin 2015-ci il 19-22 may tarixində Bakı şəhərində təşkil olunması nəzərdə tutulan 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, Küveyt dövlətinin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrini, habelə turizm şirkətlərini qeyd edilən tədbirdə iştirak etməyə dəvət edib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər