30 Oktyabr 2014 14:52
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Anadolu Agentliyi ("Anadolu Ajansı") beynəlxalq foto müsabiqə elan edir.

Dünyanın ən nüfuzlu beş agentliyi sırasına daxil olmağı qarşısına məqsəd qoyan AA, növbəti ilkə imza ataraq “İstanbul Photo Awards” adlı müsabiqəyə start verir.

Xəbər fotosu sahəsində dünyanın bütün professional fotoqraflarına açıq olan müsabiqə üçün müraciət tarixi 1 Noyabrda başlayacaq, 31 Yanvar 2015-də bitəcək.

Müsabiqənin qalibləri, dünyanın ən nüfuzlu mətbuat qurumları, jurnal və qəzetlərinin foto redaktorlarından ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Mükafatlandırma mərasimi 2015-ci ilin aprel ayında İstanbulda olacaq. Qaliblərə dört kateqoriya üzrə və münsiflər heyətinin xüsusi mükafatı olmaqla toplam 58 min dollar pul mükafatı veriləcək.

Hər kateqoriya üzrə birinci yerin sahibi 8 min, ikinci yerin sahibi 3 min, üçüncü yerin sahibi isı 1.5 min dollar məbləğindəki mükafatın sahibi olacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət etmək üçün müsabiqə üçün xüsusi olaraq hazırlanmış istanbulphotoawards.com və anadoluimages.com keçidlərindən istifadə etmək olar.


Müəllif:

Oxşar xəbərlər