25 Aprel 2021 15:10
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad olunub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər