5 May 2014 15:23
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi tərəfindən “Qadınlar üçün intellectual klub” yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu təsisatda məqsəd ölkənin intellektual qadın potensialını vahid mərkəzə toplayaraq, onları müvafiq istiqamətlərdə maarifləndirərək ölkəmiz və xalqımız üçün faydalı olacaq qüvvəyə çevirməkdir.

İntellektual klub Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması” layihəsi çərçivəsində yaradılıb.

İntellektual xanımlar üçün nəzərdə tutulan bu layihə ümumilikdə ölkə qadınlarının inkişafını, ictimai-siyasi həyata fəal inteqrasiyasını, dünyadakı qadınlarla rəqabətdə irəli çıxması üçün təşkilatlanması və maarifləndirilməsini hədəfləyir.

“İntellektual klub”un üzvlərinə karyera quruculuğu, liderlik texnologiyaları, menecerlik, nüfuzetmə, natiqlik, təşəbbüsü ələ almaq, rəqabət qaydaları, komanda quruculuğu, PR-ın təşkili, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətlərində interaktiv təlimlər keçiləcək. Eyni zamanda onların ideyaları əsasında “İdeyalar bankı” yaradılacaq. Layihə çərçivəsində fəaliyyətə başlayacaq saytda isə həm qadınların maariflənməsinə yardım edəcək faydalı bilgilər yer alacaq, həm də arzu edənlərin məqalələri, fikirləri yayımlanacaq.

Səxavət


Müəllif: