Cari tədris ilində 10 min uşaq məktəblərdə hazırlıq qruplarına cəlb olunub.
Teleqraf.com xəbər verir ki, bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov Təhsil Nazirliyinin birinci sinifə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib:
"94 min uşağın birinci sinifə təyin olunması prosesi başa çatıb. Təxminən 75 faiz uşağın birinci sinifə keçidi təmin edilib. Bəzən valideynlərdə məktəblə bağlı fikir ayrılığı yaranır.
Proqram təminatında məktəb seçimi ilə bağlı sorğuların sayı artmaqdadır. Birinci sinifə qəbulun hansı sayda gözlənilməsi ilə bağlı buna görə hazırda məlumat verə bilməyəcəyik".