Gələcəkdə şagird qəbulunun tamamilə elektronlaşdırılması, valideynin məktəblə fiziki ünsiyyətinin sıfıra endirilməsi üçün iş aparılır.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov birinci sinifə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.
Onun sözlərinə görə, gələn ildən etibarən birinci sinifə qəbul sistemi tamamilə elektronlaşdırılacaq.
Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov əlavə edib ki, birinci sinifə qəbul üzrə "Microsoft team" platforması üzərindən aparılacaq: "Valideynlər bununla Təhsil Nazirliyinin platforması üzərindən tanış ola bilərlər. Nazirliyin saytına izahlı videorolik yüklənib".