26 Aprel 2021 23:27
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atamın durumunda inkişafla bağlı bu günlərdə sizə xoş xəbərlər də vermək istəyirdim. Bildirim ki, atam artıq bizim suallarımıza, diqqətlə dinlədiyi xəbərlərə hərəkətləri ilə şüurlu şəkildə cavab verir. Əlləri ilə bizə işarələr edir, nələrsə söyləməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri maşın qəzası nəticəsində komada olan hüquq müdafiəçisi Oqtay Güləliyevin oğlu Təbriz məlumat verib: “Atamın durumunda hazırki inkişafda Heydər Əliyev fondunun dəstəyi ilə onun 4 dəfə Türkiyədə əməliyyat edilməsinin çox böyük rolu olub. Qəza hadisəsindən sonra atam Türkiyəyə götürülərkən onun ancaq 20% yaşama şansı olacağını, Türkiyədə isə ayılma şansının çox az olduğunu dəfələrlə bildiriblər. Bu gün isə mən tam əminliklə deyə bilərəm ki, göstərilən müalicə sayəsində atam artıq ayılıb”.

Onun sözlərinə görə, O.Gülalıyevin normal həyata geri dönməsi, ayağa qalxması üçün fizik tədaviyə və dərmanlarının davamlı olaraq qəbul etməsinə ehtiyac var: “Atama gündüz zamanı baxan tibb bacılarına 3 ay müddətdir ki maaşı verilmədiyindən, artıq onlar da may ayının 1-dən atamın müalicəsini davam etdirə bilməyəcəklər. Məsələ ilə bağlı tibb bacılarının dəfələrlə TƏBİB rəhbərliyinə müraciətlərinə müsbət cavab verilmədiyi üçün göstərilən tədavini dayandırmaq məcburiyyətindədirlər. Aidiyyatı qurumlar, o cümlədən, TƏBİB atamın müalicəsinin imkan yetdiyi qədər davam etdirilməsi üçün dövlətin ayırdığı resursları əsirgəməməlidirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər