26 Aprel 2021 23:50
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Teleqraf.com-un məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb.

Dövlət başçısı Zəngilan rayonunda olarkən bildirib:

"Əsas məsələ odur ki, şəhərlər, kəndlər bərpa olunarkən təbiətə toxunulmasın, təbiətə ziyan vurulmasın. Ermənilər bizim təbiətimizə də qəsd etdilər. 54 min hektar meşə zolaqlarını məhv etdilər, kəsib aparıb satdılar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər