5 May 2014 15:26
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Rəhimzadə: “Birləşmə nəticəsində bələdiyyələr daha səmərəli fəaliyyət göstərmək imkanı qazanıblar”

“Azərbaycanda 3 mindən artıq bələdiyyə birləşmə yolu ilə 1718-ə qədər azalıb. Birləşmə nəticəsində bələdiyyələr daha səmərəli fəaliyyət göstərmək imkanı qazanıblar”. Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, bələdiyyələr öz potensiallarındən hələ tam istifadə etmirlər. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanları verilmiş səlahiyyətlərdən tam istifadə etsələr cəmiyyətdə daha böyük nüfuz qazana bilərlər.

Komitə sədrinin fikrincə, bəzi bələdiyyələrin də birləşməsinə ehtiyac var. A.Rəhimzadə bir sıra vacib layihələr həyata keçirən və bununla da insanlar arasında böyük nüfuz qazanan xeyli sayda yerli özünüidarəetmə orqanlarının olduğunu vurğulayıb.

Səxavət


Müəllif: