Hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub. Həmin tibb bacılarına 3 aydır maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir.
Teleqraf.com-a Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev açıqlama verib.
Onun sözlərinə görə, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir:
"Oktay Gülalıyevin normal həyata dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edirlər".