"Azərbaycanda Palçıq Vulkanları Dövlət Təbiət Qoruğunun bazasında geoloji park yaradılacaq".
Teleqraf.com-un xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, həmin parkda təsərrüfat fəaliyyəti mümkün olacaq və turistlərin gediş-gəlişinə şərait yaradılacaq.