28 Aprel 2021 16:58
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib. 27 036 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər