29 Aprel 2021 17:33
2 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Ağsu Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin olunub.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, o, 2007-ci ildən bu günə qədər Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub.

1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb.

1983-1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987-1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989-1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990-1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991-1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992-1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995-1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994-2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003-2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006-2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib.

Ailəlidir, 3 övladı var.


Müəllif: Teleqraf.com