5 May 2014 15:34
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Fərəh Əliyeva bu gün ali təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təqdimatda təhsil naziri Mikayıl Cabbarov da iştirak edib.

Teleqraf.com-un məlumata görə, yaxın günlərdə yeni rektor universitetdə ciddi kadr dəyişikliyi aparacaq. Artıq ali təhsil müəssisəsində həyəcan yaşandığı bildirilir. Prorektorlar Rafiq Sadıqov, Maral Manafova, Çingiz Bağırov və sənətşünaslıq fakültəsinin dekanı Vəfa Əliyevin vəzifədən azad ediləcəyi barədə məlumatlar var.

Məsələ ilə əlaqədar universitetlə əlaqə saxladıq. Rektorluqdan bildirdilər ki, bu gün bu məsələ ilə bağlı çoxlu zənglər daxil olub: “Bilmirik bu məlumatlar haradan qaynaqlanır. Fərəh Əliyeva bu gün çox təntənəli şəkildə kollektivə təqdim olunub. O, tələbələrlə və kollektivlə ilk gündən çox mehriban ünsiyyət qurub. Timurçin müəllim çox hörmətlə yola salınıb”.

NİGAR


Müəllif: