Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin iki dosenti vəfat edib.
Teleqraf.com xəbər verir ki, ali təsil müəssisəsinin Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Məmmədkərim Abbasov 71 yaşında, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Cahangir Axundov isə 84 yaşında dünyasını dəyişib.
M.Abbasov 1949-cu ildə anadan olub. 1966-1971-ci illərdə Geoloji-kəşfiyyat fakultəsini bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Geologiya mineralogiya elmləri namizədidir, 1984-cü ildən ADNSU-da işləyirdi. 1988-1990-cı illərdə Konqo Xalq Respublikasında müəllim, 1994-1999-cu ilədək Geoloji Kəşfiyyat Fakültəsinin dekan müavini, 1989-2007-ci illərdə fakültə dekanı vəzifəsində çalışıb. 44 məqalə, 24 tezis, 16 dərs vəsaiti və 2 dərslik müəllifidir.
C.Axundov isə 1936-ci ildə anadan olub. 1953-58-ci illərdə Azərbaycan Sənaye institutununun Neft-mədən fakültəsini bitirib və təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 2009-cu ildən ADNSU-nin Neft-qaz mühəndisliyi kafedrasının dosenti olub. 15 elmi məqalə və 5 dərslik kitabı nəşr olunub.