Rusiya it, pişik, tülkü və vizonlar üçün koronavirus peyvəndi istehsal etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı və Heyvandarlıq Nəzarət Təşkilatı (Rosselxoznadzor) ilk dəfə 17 min doza peyvənd istehsal olunduğunu bildirib.
“Rosselxoznadzor”un məlumatına görə, “Carnivac-Cov” adlı peyvənd pişiklərdə, itlərdə, tülkülərdə və vizonlarda COVID-19-a qarşı antikor yaradır.
Peyvəndin Almaniya, Yunanıstan, Polşa, Avstriya, Qazaxıstan, Tacikistan, Malayziya, Tayland, Cənubi Koreya, Livan, İran və Argentina şirkətlərinin diqqətini çəkdiyi ifadə edildi.