Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, mayın 1-i saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Lerik, Lənkəranda 5 mm, Yardımlı, Sədərəkdə 4 mm, Gədəbəy, Ordubad, Ağdərə (Ordubad), Naxçıvanda 3 mm, Neftçala, Şərurda 2 mm, Şahbuz, Daşkəsən, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Astarada 1 mm-dək olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək, gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.