Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təcili istifadə üçün “Moderna” peyvəndini (mRNA 1273) siyahıya alıb.
Teleqraf.com xəbər verir ki, “Moderna” ÜST-ün siyahısında təcili təsdiq almış beşinci peyvənddir.
Bu qərar ölkələrin tənzimləyici orqanlarına COVID-19 peyvəndlərinin idxalı və idarəsi üçün təsdiqlərini sürətləndirməyə imkan verir.
ÜST-ün Strateji Peyvənd Mütəxəssislər Qrupu (SAGE) tərəfindən nəzərdən keçirilən peyvənd 18 və yuxarı yaş qrupları üçün tövsiyə edilir.
Qeyd edək ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) 18 dekabr 2020-ci ildə “Moderna”nın təcili istifadə icazəsi vermişdi. Avropa Dərman Agentliyi isə (EMA) 6 yanvar 2021-ci ildə Avropa Birliyi daxilində etibarlı bir marketinq icazəsi vermişdi.