Gənc azərbaycanlı ixtiraçı, dünyada şöhrət qazanan Reynerci (Rainergy) startapının təsisçilərindən biri olan Reyhan Camalova yeni tədris ilindən təhsilini Pensilvaniya Universitetində davam etdirəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Reyhan Camalova özü məlumat verib.
"Çox böyük həyəcan və sevinc hissi ilə bildirmək istəyirəm ki, yeni tədris ilindən təhsilimi Pensilvaniya Universitetində tam təqaüdlə Penn Dünya Təqaüdçüsü kimi davam edəcəyəm. Qəbul olduğum hər bir universitet oxumağı xəyal etdiyim universitetlər idi, ona görə də seçim prosesi çox çətin oldu. Hər bir məqam nəzərə alındıqdan sonra mənim inkişafım üçün ən uyğun universitetin Pennsylvania Universiteti olduğuna qərar verdim.
Ümid edirəm ki, seçimimdə yanılmayacağam".