"Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Arif Quliyevin səhhətindəki son vəziyyət haqqında oğlu məlumat verib.
Arif Quliyevin oğlu Rövşən Quliyev Teleqraf.com-a açıqlamasında xalq artistinin səhhətinin ağır olaraq qaldığını bildirib.
"EKMO cihaza qoşulub. Hələ ki, səhhətində irəliləyiş yoxdur. Biz də gözləyirik. Səhhəti ağır olaraq qalır", - söyləyib.