3 May 2021 19:30
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa bölgəsinə xas olan “Manisa laləsi”ni dərənlərə 80 min 460 lirə (16 min 495 manat) inzibati pul cəzası tətbiq olunacaq.

Teleqraf.com xəbər verir ki, nəsli kəsilməkdə olan laləni qorumaq üçün Təbiəti Qoruma və Milli Parklar Müdirliyi tərəfindən keçirilən xüsusi tədbirlər artırılıb.

Əvvəllər də ildə bir dəfə açan və xüsusi qoruma altında olan “Manisa laləs”nin çiçəklərini qoparan və zədələyənlərə inzibati cərimələr tətbiq olunub. Bioloji müxtəlifliyi məhv edənlər, ötən il Ətraf Qanununa görə 73 min 747 lirə (15,119 manat) cərimə olunurdu, bu il bu rəqəm 80 min 460 liraya qaldırılıb.


Müəllif: Yeganə Oqtayqızı