Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı “Sputnik V” vaksininin təcili tətbiqinin tövsiyə olunan peyvəndlər sırasına daxil edilməsi üçün qiymətləndirməni iyunun sonları, iyul ayında apara bilərlər.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ÜST-ün Baş direktorunun köməkçisi Mariancela Simao bildirib.
M. Simao deyib ki, ekspertlər “Sputnik V” vaksininin Rusiyada istehsal və klinik praktikasını öyrənəcək: “Bizim əlimizdə vaksin barədə tam hesabat, o cümlədən vaksinin etibarlı şəkildə istehsalı və istehsal praktikası barədə məlumatlar olan zaman bu, texniki ekspert qrupu tərəfindən qiymətləndirilə bilər. Biz bunu ən tezi iyunun sonu, yaxud iyulda gözləyirik”.