4 May 2021 11:42
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Teleqraf.com DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, yürüş iştirakçıları tərəfindən Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində düşərgə salınmış, sonrakı mərhələdə isə sərt relyef və iqlim şəraitinə baxmayaraq, iştirakçılar bütün maneələri dəf edərək tam heyətdə, müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda “Heydər zirvəsi”nə çıxıblar.

Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət “Heydər zirvəsi”ndə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmış, Dövlət Təhlükəsizliyi Xidmətinin adını və emblemini əks etdirən lövhə və plakatları yerləşdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər