4 May 2021 20:39
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2021-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri mayın 4-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb.

HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqlara HDQ-nin yaranması və fəaliyyəti haqqında məlumat verib. Sonra Ombudsman HDQ-nin “Şərəf kitabı”na imza atıb.

Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana və digər obyektlərə də baş çəkiblər. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə oxuyan S. Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Sonda aparatın nümayəndələri ilə hərbi hissənin şəxsi heyətinin birgə xatirə şəkli çəkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər