Səudiyyə Ərəbistanı virusun yeni mutasiyalarının aşkarlanması və pandemiyanın daha geniş miqyas almasını önləmək məqsədilə bu il də Həcc ziyarətinin təşkil olunmaması ilə bağlı qərar qəbul edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Röyters"ə Səudiyyə rəhbərliyi məlumat verib.
Agentliyə danışan nümayəndənin sözlərinə görə, Həcc ziyarətinə yalnız xaricdən gələnlər arasında müəyyən edilmiş sayda və peyvəndlənmiş, yaxud virusa yoluxub, immunitet qazanan şəxslərə üstünlük veriləcəyi nəzərdə tutulub.
Ziyarətə gələn şəxslərin yaşına da məhdudiyyət tətbiq olunacaq.