5 May 23:12

AQSİA üzvləri Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bilal Haye ilə görüşüb.

AQSİA-dan Teleqraf.com-a verilən məlumatda qeyd olunub ki, qardaş ölkənin ölkəmizdəki səfirini ziyarət etməkdə məqsəd iki ölkə arasındakı əməkdaşlığa bacardığı töhfəni verməkdir.

Belə bir təşəbbüs üçün AQSİA heyətinə təşəkkürünü bildirən səfir iki ölkənin xanım sahibkarlarının əməkdaşlıqlarının qurulmasının çox faydalı olacağını bildirib. Görüş iştirakçıları

gələcəkdə bu istiqamətdə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. AQSİA-nı görüşdə Assosiasiyanın sədri Səkinə Babayeva, üzvlər - Rübabə Mürşüdova, Mətanət Ağamirli, Aynur Musayeva təmsil ediblər.


Müəllif: Teleqraf.com