14 May 2021 17:44
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oruc tutmaq xərçəng xəstəliyi müalicəsinə müsbət təsir edir.

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqatlar xərçəng xəstəliyindən əziyyət çəkənlərin ac qalması onların müalicəsinə müsbət təsir etdiyini göstərib. Xüsusilə kimyaterapiya olunan xəstələrdə daha müsbət reaksiyalar qeydə alınıb.

Tədqiqatlara görə, xərçəng hüceyrələrində şəkərə qarşı aclıq müşahidə edilir. Qlükoza nə qədər çox olarsa, hüceyrələr bir o qədər arta bilər. Hüceyrələrin şəkərə olan tələbatı əksər hallarda kimoterapiyaya əks təsir göstərir. Məhz bu səbəblə xərçəng xəstələrinin qidalanmasında karbohidrat və şəkəri tamamilə rasiondan çıxarmaq tələb olunur.

Mütəxəssislər xərçəng xəstələrinin müalicəsində keteogenik pəhrizi tövsiyə edirlər. Belə ki, xəstələrin qidalanmasından karbohidrat və qlükoza çıxarılır, yerinə daha sağlam hüceyrələrin enerji ehtiyacını qarşılayacaq yağ və protein tərkibli qidalar əlavə edilir.

Xəstələrin uzun müddət ac saxlanılması xərçəngin müalicə müddətində öz müsbət tərəflərini göstərməyə başlayır. Bu səbəblə istər Ramazan ayında, istərsə də digər vaxtlarda xərçəng xəstələrinə həkim müayinəsindən sonra oruc tutmaq tövsiyə olunur. Xəstəliyin növündən, müddətindən asılı olaraq xəstəyə oruc tutmaq barədə təlimatlar verilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər