7 May 2021 11:43
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Quliyevin vida mərasimində iştirak edən Gülyanaq və Gülyaz Məmmədova bacıları mərhum haqda xatirələrini bölüşüblər.

Gülyanaq Məmmədova Teleqraf.com-a açıqlamasında Arif Quliyev haqqında bu sözləri deyib: "Bizə çox doğmadır, əzizdir. Sənətkar kimi xalqımızın əzizidir. Hamımız onu çox sevirdik. Gözəl insan idi.

Uşaqlıqdan onun tamaşaları ilə böyümüşük. İnşallah, korona bəlası tezliklə xalqımızın üzərindən gedər. Artıq heç kim dünyasını dəyişməsin. Allah Ramazan ayında dualarımızı eşitsin. İnsan dözmür, artıq canımızda qorxu hissi var. Hamımızın yaxınları dünyasını dəyişir. Buna dözmək çox çətindir.

Arif müəllim qonşu kimi çox doğma, əziz olub. Heç vaxt ailəsindən pislik görməmişik. İnsanı qonşudan yaxşı heç kim tanımaz. Allah o dünyasını versin".

Xalq artisti Gülyaz Məmmədova isə "Allah rəhmət etsin. Böyük sənətkar idi" - deyib


Müəllif: Rəqsanə Həsənova