Xalq artisti Kübra Əliyeva həmkarı Arif Quliyevin vida mərasimində iştirak edib.
Kübra Əliyeva Teleqraf.com-a açıqlamasında Arif Quliyevin ölümünə kədərləndiyini bildirib:
"Arif Quliyev hamının evindən getdi. Onun kimi sənətkarlar az-az yetişir. Ona əlvida deməyə gəldim.
Arif Quliyev oğlundan sonra çökmüşdü. Gözlərinin altında dərd, kədər var idi. Allah yeridə qalanlarına səbr versin. Yazın bu vaxtında Azərbaycan mədəniyyətində çinarlar yaman tökülür"